Türkiyə parlamenti Azərbaycanla imzalanan sazişləri ratifikasiya edib

Türkiyə parlamenti Azərbaycanla imzalanan sazişləri ratifikasiya edib backend

Türkiyə Böyük Millət Məclisi Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrlə imzalanmış 26 beynəlxalq sazişi ratifikasiya edib.

İHA-nın verdiyi məlumata görə, Böyük Millət Məclisinin plenar iclasında ratifikasiya edilən sazişlər Azərbaycan, Kosovo, Rumıniya, Qazaxıstan və Hindistanla, habelə Avropa İttifaqı və BMT (UNİDO) ilə imzalanmış sənədlərdir.

Ratifikasiya olunan sənədlər nüvə maddələrinə nəzarət, təhlükəli malların quru yolu ilə daşınması, nəqliyyat, ticarət və təhlükəsizlik sahələrinə aiddir.
Diaspora