ATƏT-in baş katibi Ukraynaya səfər edəcək

ATƏT-in baş katibi Ukraynaya səfər edəcək backend

ATƏT-in baş katibi Lamberto Zannier və ATƏT Xüsusi Monitorinq Missiyasının monitorinq qrupunun rəhbəri Ərtoğrul Apakan bu gün Ukraynanın Dnepropetrovsk şəhərinə səfər edəcəklər.

APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində onlar rəsmi şəxslər və ölkənin şərqində davam edən münaqişədən əziyyət çəkən məcburi köçkünlərə görüşəcəklər.

L. Zannier Ukrayna üzrə xüsusi Monitorinq Missiyasının Dnepropetrovskdakı monitorinq qrupu ilə də bir araya gələcək.

Fevralın 12-də Dnepropetrovskda mətbuat konfransı keçirdikdən sonra L. Zannier Kiyevə gedəcək.
Diaspora