Ceyhun Bayramov və Lavrov görüşəcək Ayvazyan da orda olacaq backend

Ceyhun Bayramov və Lavrov görüşəcək Ayvazyan da orda olacaq

Rusiya və Azərbaycan Xarici İşlər nazirləri arasında görüş planlaşdırılır.

Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, görüş aprelin 2-də Moskvada baş tutacaq Müstəqil Dövlətlər Birliyi​ xarici işlər nazirlərinin iclası çərçivəsində keçiriləcək.

Zaxarova Rusiya Xarici İşlər nazirinin MDB XİN başçılarının iclası çərçivəsində azərbaycanlı və erməni həmkarları ilə görüşlərinin keçirilməsinin planlaşdırıldığını qeyd edib.