Bu təlim Azərbaycanın hərbi qüvvəsini daha da gücləndirəcək - Amerikalı ekspert backend

Bu təlim Azərbaycanın hərbi qüvvəsini daha da gücləndirəcək - Amerikalı ekspert

"10 min şəxsi heyətlə hərbi təlim keçmək hər zaman hər bir ölkənin silahlı qüvvələri üçün vacib bir amildir".

Bunu Milli.Az-a açıqlamasında ABŞ-lı hərbi ekspert Ben Minik deyib.

Ekspert bildirib ki, indiki reaallıq qarşısında Ermənistandan Azərbaycana qarşı istənilən təcavüzkar addım məntiqə uyğun deyil:

"Ən müasir avadanlıqların istifadəsinə dair təlimat, yeni alınan silahların sınaqdan keçirilməsi Azərbaycanın hərbi qüvvəsini daha da gücləndirməkdən başqa bir şey edə bilməz. Deyərdim ki, Azərbaycan ərazilərinin təhlükəsizliyi üçün əhəmiyyətli addımlar atır.

Azərbaycan Ordusu bu təlim yolu ilə nəyə qadir olduqlarını sübut etdikdən sonra Qarabağda antiterror əməliyyatları apara bilər. Bu reallıq fonunda Ermənistandan Azərbaycana qarşı istənilən təcavüzkar addım, təxribat, terrora cəhd mənim üçün məntiqə uyğun, anlaşılan addım deyil".