“Ermənistanda Qarabağ ermənilərinə nifrət edirlər“ - Ruben Melikyan

“Ermənistanda Qarabağ ermənilərinə nifrət edirlər“ - Ruben Melikyan backend

Ermənistanda Azərbaycanla müharibədə məğlubiyyətdən sonra bu ölkə vətəndaşlarının Qarabağla bağlı hər şeyə qarşı narazılığı gündən-günə artır. Ermənistanda deyirlər ki, İrəvanın Qarabağ siyasəti səbəbindən altı mindən çox gənc erməni həlak olub.

Qazilər.az xəbər verir ki, bu barədə FB-dəki səhifəsində Qarabağdakı keçmiş insan hüquqları müdafiəçisi Ruben Melikyan məlumat verib.

Onun sözlərinə görə, Qarabağ ermənilərinə nifrət özünəməxsus "irqçilik"ə çevrilib.

"İrəvan küçələrində ayrı-ayrı insanlar Qarabağ ermənilərinə qarşı nifrət təzahürünə imkan verirlər" - deyə, Melikyan bildirib.

O, iki erməni qadının taksi xidmətindən istifadə etməsi halını təqdim edib. Qadınlardan biri Qarabağ dialektində danışdıqdan sonra taksi sürücüsü maşını dayandırdı və kobud şəkildə onları avtomobildən endirdi.

Azpolitika.info