Ərdoğandan Novruz mesajı backend

Ərdoğandan Novruz mesajı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Novruz bayramı münasibətilə təbrik mesajı yayımlayıb.

“Haber Global” xəbər verir ki, Prezident təbrik mətnində Novruzun işarə etdiyi birlik və həmrəylik hissinin bütün dünyaya kök salmasını və daimi olmasını diləyib:

“Yazın muştuluqçusu, sülh və qardaşlığın simvolu Novruz gününü təbrik edirəm.

Mərkəzi Asiyadan Anadolu və Balkanlaradək geniş coğrafiyada min illərdir coşqu ilə qeyd olunan Novruzun işarə etdiyi birlik və həmrəylik hissinin bütün dünyaya kök salmasını və daimi olmasını diləyirəm.

Novruzun cücərtdiyi ümid və həyəcanla həm ölkəmiz, həm bölgəmiz, həm də bütün bəşəriyyət üçün daha firavan, daha ədalətli və daha təhlükəsiz gələcəyi qadını və kişisi ilə, gənci və yaşlısı ilə çiyin-çiyinə qurmağa davam edəcəyik.

Novruzun əziz millətimizə və bütün insanlığa əmin-amanlıq, bərəkət və muştuluqlar gətirməsinə ümid edir, bütün vətəndaşlarımızı səmimi-qəlbdən salamlayıram”. (oxu.az)