Millət vəkili Fazil Mustafa qazi baş redaktorun "cinayət işi" ilə bağlı fikir bildirdi...

Millət vəkili Fazil Mustafa qazi baş redaktorun "cinayət işi" ilə bağlı fikir bildirdi... backend

Hüquqi dövlətdə yaşadığımız üçün, hər bir vətəndaşı etdiyi əmələ görə mühakimə edilir.

“Nurəddin İsmayılovun ittiham olunduğu məqalələrlə tanış oldum. ““Azərenerji”yoxlanır, Pirverdiyev “işıq terroru” üçün dindirilir – “finski” korrupsiya…” və “Etibar Pirverdiyevin kriptovalyuta biznesi ortaya çıxdı - Sumqayıtda milyardlıq BİTKOİN MAYNİNQ "FERMASI" TİKDİRİB məqalələrini diqqətlə oxudum. Məqalələrdə Nurəddin İsmayılovun imzasını görmədim, məqalələrin hansı mətbu orqandan götürülməsi haqda istinad edilib və məqalələrin özündə hansısa dövlətə qarşı çağırışlarada rast gəlmədim.”

Hazırdakı statusunun hüquq mühafizə orqanlarının fəaliyyətinə hüquqi qiymət vermək olmadığını xatırladan Fazil Mustafa bir millət vəkili və hüquqşunas kimi fikrini bildirdiyini qeyd etdi. O , yazıyla tanış olduğunu və sözügedən məqalədə hər hansı qanun pozuntusu təsbit edə bilmədiyini vurğulayıb. Millət vəkili qeyd etdi ki, AR CM-nin 62 maddəsinin 3 bəndi əslində elə bu tip situasiyalar üçün nəzərdə tutulub və ədalət məhkəməsi bunu nəzərə alacaq.

Hörmətli millət vəkili məhkəmədə Nurəddin İsmayılovun günahsızlığının sübut olunacağına ümid etdiyini vurğuladı.

Qeyd edək ki, Fazil Mustafa hüquq üzrə fəlsəfə elmləri namizədidir.
Teref.az
Diaspora