Kuba və Vyetnamda Rusiya bazalarının qapadılması Moskvanın Qərbin Rusiyaya qarşı hərbi planlarından xəbərsiz qalması demək deyil.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.“Biz Rusiyaya qarşı ABŞ və digər Qərb ölkələrinin planları haqqında məlumatlıyıq. Kuba və Vyetnamda Rusiya bazalarının qapadılması Moskvanın Qərbin Rusiyaya qarşı hərbi planlarından xəbərsiz qalması demək deyil. Bu bazaların qapadılması haqqında qərar müəyyən tarixi dövrdə Rusiya rəhbərliyi tərəfindən ölkənin təhlükəsizliyinə təsir faktorlarını analiz etdikdən sonra verilib”, – deyə o bildirib.