Baxçalıdan Trampa: Bu ayıbdır, əxlaqa ziddir!

Baxçalıdan Trampa: Bu ayıbdır, əxlaqa ziddir! backend

ABŞ Prezidenti Donald Tramp keşiş Endryu Bransonu düşünənə qədər qonaq qəbul etdiyi FETÖ-çuları nə zaman təhvil verəcəyini düşünməlidir.

Axar.az xəbər verir ki, bu sözləri MHP sədri Dövlət Baxçalı ABŞ Prezidenti Donald Trapın təhdidlərinə cavab olaraq Tvitter hesabında qeyd edib. O bildirib ki, Türkiyə ABŞ-ın təhdidlərindən qorxmur:

“Türkiyənin təhdidlərdən qorxduğu harada görülüb, harada eşidilib? ABŞ keşişi bəhanə göstərərək, Türkiyəni təhdid edir. Bu ayıbdır, əxlaqi qaydalara zidd və strateji ortaqlığa kölgə salmaqdır. Həddi və hüdudu aşmaqdır”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın sosial şəbəkədə keşiş Endryu Bransonun azad edilməyəcəyi təqdirdə, Türkiyəyə sanksiyaların tətbiq ediləcəyi barədə sözləri qardaş ölkədə kəskin etiraza səbəb olub.
Diaspora