Rusiyalı senator, Federasiya Şurasının İnformasiya siyasəti komissiyasının sədri Aleksey Puşkov ABŞ Prezidenti Donald Trampın Ukrayna böhranı ilə bağlı mövqeyini şərh edib.
Teleqraf.com xəbər verir ki, o, “Tvitter” səhifəsində Rusiyanın mövqeyindən dünyada çox şeyin asılı olduğunu bildirib. Əlavə edib ki, Kiyevin rolu isə Ukrayna böhranını bitirməkdən ibarət olmalıdır:“Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk deyib ki, Trampı daha çox Rusiyanın Ukraynaya münasibəti maraqlandırır, nəinki Ukraynanın özü. Bu onu göstərir ki, Tramp realistdir. Rusiyanın mövqeyindən dünyada çox şey asılıdır, Kiyevin rolu isə Ukrayna böhranını bitirmək olmalıdır. Ancaq Ukrayna ruh yüksəkliyi üçün əsas vermir”.