Azərbaycan xalqı Zibil Məhərrəmov kimilərin tarixin arxivinə atıb.
Bu sözləri diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk İrəvanda fəaliyyət göstərən "Talışıstan TV telekanalının “rəhbəri” Zabil Məhərrəmovun facebookda yayılan çıxışına münasibət bildirib.“Ermənistan Azərbaycanda vəziyyətin qarışması üçün müxtəlif kartlardan istifadə edir. Onun sosial şəbəkədə video çıxışına baxdım. İnsanda onun çıxışı ruhi xəstə təsəvvürü yaradır. Bu gün Ermənistan hansı vəziyyətə gəlib ki,ruhi və Azərbaycana heç bir aidiyyəti olmayan insandan istifadə edir.
Gəncə Azərbaycanın qəhrəmanlar yetişdirmiş tarixi şəhəridir. Birinci Qarabağ müharibəsində xüsusi hazırlanmış və öz qəddarlığı ilə ad çıxarmış “Arabo” batalyonunu məhv edən “Gəncə” batalyonu olub. Ermənistan hələ də bunu həzm edə bilmir. Gəncə onların diqqət mərkəzindədir. Ancaq nə Gəncə,nə də hansısa bölgə onların oyunlarına getməz. Çünki insanlarımızın təxtibatın haradan gəldiyini yaxşı bilir”.