"Düşmənin bel sütununu sındırmışıq..." - Nazir müavini

"Düşmənin bel sütununu sındırmışıq..." - Nazir müavini backend

"Aprel döyüşləri Ermənistan ordusuna böyük zərbə vurub və düşmənin bel sütununu sındırdı".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev deyib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyi əvvəlcə bunu etiraf etmək istəməsə də, sonrakı dövrdə təsdiqləməyə məcbur olub: "Ermənistanın hərbi siyasi rəhbərliyi Aprel döyüşlərində məğlub olmalarını qəbul etmək istəməyiblər. Amma özlərinin hərəkətləri bunun tamamilə əksini göstərir. Əgər Ermənistan Aprel döyüşlərində məğlub olmamışdısa, hərbi rəhbərlik niyə dəyişdi?"

K.Vəliyev bildirib ki, Ermənistanın müdafiə nazirinin keçmiş müavini Manvel Qriqoryanın həbs edilməsi və ortaya çıxan faktlar düşmən ordusundakı biabırçı vəziyyəti bir daha hamıya nümayiş etdirdi.
Diaspora