“Birləşmiş Ştatlar İrana təzyiq göstərməyə davam edəcək və hesab edir ki, başqa ölkələr də bu istiqamətdə Vaşinqtonu dəstəkləyəcək”.
Muxalifət.az xəbər verir ki, bu haqda Nyu-Dehlidə “Observer Research Foundation” tədqiqat mərkəzində çıxışında ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.“Biz İrana təzyiq göstərməyə davam etmək niyyətindəyik və ümid edirik ki, bizə başqa ölkələr də bizə qoşulacaq. Çünki, İran bizim gözlərimizdə daha bir Şimali Koreyadır”, - amerikalı diplomat deyib.
Daha əvvəl İran prezidenti Həsən Ruhani bildirib ki, ABŞ onların qarşısında diz çökəcək.
“Heç bir halda ABŞ-ın qarşısından geri çəkilməyəcəyik. Milli, tarixi yüksəkliyimizi qoruyub saxlayacağıq və ABŞ-ı diz çökdürəcəyik”, - o bildirib.