Avstriyada faşizm küləyi: “ƏRDOĞANA SƏS VERƏNLƏR EVLƏRİNƏ DÖNSÜN”

Avstriyada faşizm küləyi: “ƏRDOĞANA SƏS VERƏNLƏR EVLƏRİNƏ DÖNSÜN” backend

Avstriyada koalisiya hökumətinin kiçik ortağı olan ifrat sağçı Azadlıq Partiyasının deputat İohann Gudenus, 24 iyun seçkilərindən sonra həddini aşan açıqlama verib.

Gudenus, Avstriyada yaşayıb, prezidenti Ərdoğana səs verən Türklərin ölkələrinə qayıtmalarının daha yaxşı olacağını deyib.

Gudenus çıxışının davamında, "Seçki nəticəsində ölkəmizdə minlərlə Türkün inteqrasiyasının uğursuz olduğu bir daha təsdiqləndi" deyə, söyləyib.

AVSTRİYADA ƏRDOĞANIN BÖYÜK QƏLƏBƏSİ

Avstriyada səs verənlərin 49 faizi hesablanıb.
Prezident seçkilərində Avstriyada səs verən seçicilərin 72.3 faizi prezident Rəcəb Tayyib Ərdoğana, deputat seçkilərində isə 62.5 faizi Cumhur İttifaqına səs verib.

Müxalifət.az

Diaspora