ABŞ təkbaşına Fələstin-İsrail konfliktini həll edə bilməz.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov deyib. Onun sözlərinə görə, bu istiqamətdə kollektiv səylərə ehtiyac var:“Əgər bu konflikti həll edə bilsəydilər, bunu çoxdan həll edib qurtarmışdılar. Bu konflikti həll edə bilməmələrini səbəbi onu həll etməyi bacarmamalarıdır”.
Qeyd edək ki, bundan öncə ABŞ Fələstin-İsrail konfliktinin həlli ilə bağlı planın hazırlandığını və bunu Fələstin tərəfindən icazə almadan elan edəcəklərini bəyan edib.