HDP-nin həbsxanada olan lideri Səlahəddin Dəmirdaş seçkinin nəticələri ilə bağlı açıqlama verib.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Dəmirdaş bu barədə tvitterdə yazıb. “O biri namizədlər 100 mitinq edərkən mən 100 tvit yaza bildim. Rolumu və vəzifəmi yerinə yetirməyə çalışdım. HDP-ni Məclisə daşımaqla qismən uğur qazandığıma inanıram”.Qeyd edək ki, HDP lideri Səlahəddin Dəmirdaş prezident seçkilərində 8,39 faiz səs toplaya bilib.