Yunan nazirdən şok: Türkiyənin cavabını elə verəcəyik ki...

Yunan nazirdən şok: Türkiyənin cavabını elə verəcəyik ki... backend

Bu gün Yunanıstan, İsrail və Kipr Respublikasının (yunan tərəfi) müdafiə nazirlərinin iştirakı ilə toplantı keçirilib.

Axar.az xəbər verir ki, Kiprin Larkana şəhərində bir araya gələn nazirlər sənaye şirkətlərinin simpoziumuna qatılıb və Şərqi Aralıqda müdafiə sahəsində əməkdaşlıqla bağlı bir çox planları müzakirə edib.

Görüşlər zamanı yunan nazir Panos Kamennos Türkiyənin ünvanına inanılmaz təhdidlər səsləndirib.

“Türkiyə hər hansı zamanda Yunanıstanın və Kiprin (yunan tərəfi) suverenliyinə təhdid yaradarsa, cavabımız çox böyük olacaq. Bilmələrini istəyirəm”, - deyə yunan nazir bildirib.

Bundan əlavə, Liberman hər 3 ölkənin Aralıqda ortaq müdafiə layihələrinin olduğunu qeyd edib.
Diaspora