Latviya parlamenti özəl universitetlər və kolleclərdə rus dilinin tədris edilməsini qadağan edən qanun layihəsini qəbul edib.
Teleqraf.com xəbər verir ki, Latviya Təhsil və Elm Nazirliyi bunu rus dilinin tədrisinin ölkənin mövcud qanunvericiliyinə uyğun olmaması ilə izah edib.Qərara əsasən, 2019-cu il yanvarın 1-dən təhsil müəssisələrində rus dili sektorlarına tələbə qəbulu dayandırılacaq. Bundan sonar Latviyada fəaliyyət göstərən təhsil müəssisələrində tədris ancaq latış dilində olacaq.
Yeni qaydalara keçid 2022-ci ilədək başa çatdırılacaq.