Papa, Trampı sərt tənqid etdi: SƏHV EDİRSƏN

Papa, Trampı sərt tənqid etdi: SƏHV EDİRSƏN backend

Papa Frensis, ABŞ prezidenti Donald Trampın miqrant siyasətini tənqid edərək, Trampa “Səhv edirsən” deyə xəbərdarlıq edib.

Papa Frensis, ABŞ prezidenti Donald Trampın Meksikadan ölkəyə qeyri-qanuni yollarla daxil olan valideyn və uşaqlarını ayıran miqrant siyasətini tənqid edib.

Papa Frensis, populizmin dünyadakı köçkün problemlərinə cavab olmadığını deyib. Papa, uşaqların Katolik dəyərlərinə zidd və əxlaqdan kənar olaraq ailələrindən ayrıldığını söyləyən Katolik keşişlərinin son açıqlamalarını dəstəklədiyini deyib. Frensis, "Bu asan deyil, amma populizm həll də deyil" deyə, bildirib.

Bundan başqa, Papa, Trampın Paris İqlim Müqaviləsindən çəkilmə qərarının yanlış olduğunu, Trampın bunu təkrar düşünməsi lazım olduğunu söyləyib.

Müxalifət.az
Diaspora