Gənc yaşlarında aramızdan ayrılan jurnalist həmkarımız Natiq Qədimovun vəfatından sonra dünyaya gələn balası Natiq Qədimovun K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda yaşamaq uğrunda mübarizə aparması və ona yüksək səviyyəli müalicə ala bilməsi üçün kömək edilməsi ilə bağlı mənə müraciət yazan bütün dostlara bildirmək istəyirəm ki, bu məsələ diqqətimizdədir,
İnstitutun direktoru, dəyərli ziyalı Nəsib müəllimlə danışırıq və "daima ciddi nəzarət altındadır balaca balamız, əlimizdən nə gəlirsə onun sağalması üçün edirik" deyir. Balamızın anası əziz Nurlana bacıya da söylədiyim kimi hər zaman yanlarındayıq bütün jurnalist dostlar.Əziz dostlar, dualarınızı balaca Natiqdən əksik etməyin. Allah özü ona yardımçı olsun. Onun sağalması və xoşbəxt böyüməsi hamımızın böyük diləyidir.
Qənirə Paşayeva, Millət vəkili