Türkiyə Silahlı Qüvvələri ilə ABŞ-ın hərbi bölmələri Suriyanın Münbiç bölgəsində antiterror əməliyyatına başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib. Nazir bildirib ki, Türkiyə və ABŞ-ın hərbi birləşmələri Münbiçə dair yol xəritəsinə uyğun olaraq bu gündən “Fırat Qalxanı” əməliyyatları keçirilən ərazi ilə Münbiç arasındakı ərazidə antiterror fəaliyyətinə başlayıb.Qeyd edək ki, Münbiç yol xəritəsinin ilkin detallarına dair razılaşma iyunun 4-də Vaşinqtonda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında keçirilən görüşdə əldə olunub.