Futbol üzrə DÇ-2018-də Rusiya - Səudiyyə Ərəbistanı qarşılaşmasına bilet alan moskvalı azarkeş xoş olmayan sürprizlə qarşılaşıb.
Azarkeşin bileti A204 blokunda 29-cu sırada 24-cü yer olub. Ancaq azarkeş stadionda həmin yeri tapa bilməyib. Məlum olub ki, həmin sırada yalnız 26-cı yerə qədər olan oturacaqlar mövcuddur.Azarkeş stadiondakı stüardlara müraciət edib. Ona bildiriblər ki, DÇ-nin açılış oyunu başlayana qədər azarkeşin bilet aldığı yeri quraşdırmaq mümkün olmayıb. Əlacsız qalan fanat oyuna ayaq üstə baxmalı olub.
Muxalifet.az