İrandan Türkiyənin Qəndil əməliyyatına - Reaksiya

İrandan Türkiyənin Qəndil əməliyyatına - Reaksiya backend

Türkiyə Silahlı Qüvvələrinin Qəndildə PKK-ya qarşı başlatdığı əməliyyatı dəstəkləmirik.

Axar.az xəbər verir ki, bunu İran Baş Qərargahının sözçüsü general-mayor Əbülfəzl Şikarçi bildirib.

"İran İslam Respublikası hər cür terrorla mübarizə işini dəstəkləməsinə baxmayaraq, müvafiq ölkədəki qanuni hökumətin icazəsi olmadan terrorizmlə mübarizə bəhanəsi ilə üçüncü bir ölkə sərhədləri daxilində əməliyyat aparılmasını qeyri-qanuni addım olaraq qiymətləndirir", - Şikarçi vurğulayıb.

Qeyd edək ki, Türkiyə ordusu haqlı olaraq Qəndildə PKK/YPG qruplaşmasına qarşı əməliyyat aparır.
Diaspora