Bədnam Ermənistanın prezidenti Armen Sarkisyanın Azərbaycanın işğal olunmuş ərazilərinə, o cümlədən Kəlbəcər rayonuna səfəri həqiqətən də təxribat xarakterli səfərdir.
Məqsəd də Dağlıq Qarabağla bağlı onsuz da gərgin olan vəziyyətin bir qədər də gərginləşdirilməsindən ibarətdir.Qərbpərəst imici qazanmış və guya ki, sülh tərəfdarı olan A.Sarkisyanın bu addımı onu göstərir ki, rəsmi İrəvan beynəlxalq hüququn prinsiplərinə hörmət etmir və BMT-nin tələblərinə, qətnamələrinə növbəti dəfə saymazyana yanaşır. Odur ki, mən hesab edirəm ki, istər A.Sarkisyanın, istərsə də yeni baş nazir N.Paşinyanın sülhdən danışmaqları və Qarabağ münaqişəsinin sülh yoluyla həllinə tərəfdar olduqlarını bəyan etməkləri sadəcə və sadəcə, riyakarlıqdan başqa bir şey deyil. Onlar bununla beynəlxalq ictimaiyyətin gözünə kül üfürməklə məşğuldurlar. Ermənilərin ən qatı qərbpərəsti də, demokratı da Qarabağ məsələsində işğalçı faşist kimi davranır. Bunu beynəlxalq təşkilatlar da anlasalar yaxşı olar. Həmsədrlər ortaya konkret mövqe qoysunlar və Ermənistan rəhbərlərindən bu cür təxribatçı addımlara son qoymağı tələb etsinlər!
Əlisahib Hüseynov
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri