Azərbaycan MÜHARİBƏYƏ HAZIRLAŞIR - RÜS HƏRBİ EKSPERTİ

Azərbaycan MÜHARİBƏYƏ HAZIRLAŞIR - RÜS HƏRBİ EKSPERTİ backend

““POLONEZ” komplekslərinin Azərbaycana çatdırılması regionda güc balansını pozur. Azərbaycan müharibəyə hazırlaşır”.

Bunu Azərbaycanın Belarusdan “POLONEZ” komplekslərini almasını şərh edən Rusiyanın Hərbi və Siyasi Analiz İnstitutunun direktor müavini, hərbi ekspert Aleksandr Xramçik bildirib.

“Silahların istənilən tipinin əldə edilməsi Cənubi Qafqaz regionunda balansı pozur. Azərbaycan öz hərbi imkanlarını artırır. Bu sistemlərdən necə istifadə olunacağı konkret olaraq, taktik və strateji vəziyyətdən asılıdır. Hər şey müharibənin hansı istiqamətdə inkişaf edəcəyindən asılıdır”, - Xramçik əlavə edib.

Hərbi ekspert müddətdən asılı olmayaraq, Dağlıq Qarabağda hərbi əməliyyatların yenilənməsini qaçılmaz hesab edir. Onun sözlərinə görə, Azərbaycan tamamilə radikal addımlara gedə bilər, çünki, həm canlı qüvvə, həm də texnika və silah, xüsusilə hava gücləri baxımından əhəmiyyətli üstünlüyə malikdir.

Eyni zamanda, Hərbi və Siyasi Analiz İnstitutunun direktor müavininin fikrincə, Bakıda silahların kifayət qədər müxtəlif spektri var. Hərbi ekspert qeyd edir ki, Azərbaycan onlarla qəddar zarafatı oynaya və rəqib üçün müəyyən çətinlikləri yarada bilər.
Qeyd edək ki, iyunun 11-də Azərbaycan Ordusunun arsenalına daxil edilən 301 mm-lik “POLONEZ”lər və “LORA” sistemləri nümayiş etdirilib.
Müdafiə Nazirliyinin məlumatına görə, “POLONEZ”in maksimal atış uzaqlığı 300 kilometrə qədərdir. Raketin çəkisi 780 kiloqram, döyüş başlığı hissəsinin çəkisi 140 kiloqram, zərərvurma radiusu isə 80 metrdir. “POLONEZ”in maksimal uçuş müddəti saniyədə 310 metr, atışa hazırlıq vaxtı 10 dəqiqə, istismar müddəti isə 10 ildir. Bir döyüş maşınında 8 raket olur. Bu kompleks düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür. Bundan başqa, kompleks vasitəsilə dənizsahili istiqamətlərdə düşmən donanmasının yerləşmə məntəqələri dağıdılır və onun döyüş gəmiləri məhv edilir.
Əməliyyat-taktiki raket kompleksi olan “LORA” da “POLONEZ” kompleksi kimi döyüş zamanı eyni məqsədlər üçün istifadə edilir. Maksimal atış uzaqlığı 300 kilometrdən artıq olan bu kompleksin raketinin çəkisi 1580 kiloqram, döyüş başlığı hissəsinin çəkisi isə 240 kiloqramdır. Raketin zərərvurma radiusu 100 metr təşkil edir. Bir döyüş maşınında 4 raket olur. Onların maksimal uçuş müddəti saniyədə 300 metrdir, atışa hazırlıq vaxtı 13 dəqiqə, istismar müddəti 10 ildir. Həm “POLONEZ”, həm də “LORA” kompleksləri GPS və İNS sistemləri ilə idarə olunur.
“POLONEZ” Belarus, “LORA” isə İsrail istehsalıdır. Azərbaycan hər iki ölkə ilə hərbi əməkdaşlığını genişləndirir.

Hərbi ekspertlərin fikrincə, Azərbaycan düşmənin strateji dərinliklərində yerləşən obyektləri məhv etməyə imkan verən silahlara xüsusi əhəmiyyət verir. “POLONEZ”lər və “LORA”ların alınmasının da bu konsepsiyaya daxil olduğu bildirilir.
Diaspora