İsrailli nazirdən İŞĞAL XƏBƏRDARLIĞI

İsrailli nazirdən İŞĞAL XƏBƏRDARLIĞI backend

İsrailin təhsil naziri Nafta Bennett, tezliklə Qərbi Şerianın hamısının İsrailə aid olacağını söyləyib.

Fələstinin işğal altındakı Qərbi Şeria bölgəsinə gözünü dikən İsrailin təhsil naziri və Habayit Hayehudi (Yəhudi Evi) partiyasının lideri Nafta Bennett, tezliklə bütün Qərbi Şerianın İsrail tərəfindən işğal ediləcəyini deyib.

Al Khader qəsəbəsində, Fələstinlilərə aid bir bölgədə, 15 evin İsrailin işğal gücləri tərəfindən azad edilməsini şərh edən Bennett, hökumətin bölgədə yaşayışa icazə verdiyini təsdiqləyib və bu təpədə böyük bir məhəllənin inşa edilməsini istədiyini bildirib.

QƏRBİ ŞERİANI TAMAMİLƏ İŞĞAL EDƏCƏKLƏR

“Middle East Monitor” saytının verdiyi xəbərə görə, qurulmasını istədiyi bu region haqqında danışan İsrailli nazir Bennett, "Tezliklə Qərbi Şeria İsrailin bir parçası olacaq" deyib.

Müxalifət.az
Diaspora