Təhlükəsizlik və terror mütəxəssisi Abdulla Ağar, başlayan Qəndil əməliyyatına Kürd Peşmərgələrinin də qatıla biləcəyini iddia edib.
Türkiyənin Qəndil əməliyyatı ilə içində 600 kəndin yerləşdiyi 2500 kvadrat kilometrlik bir ərazini nəzarət etmək istədiyini dilə gətirən Ağar, Azad Suriya Ordusu (ASO) kimi bir yerli tərəfdaşın olmaması səbəbindən TSQ-nin regiona qüvvə cəlb etməsinin labüd olduğunu vurğulayıb. Ağar, PKK-nın kölgəsində əriməkdə olan Kürd Peşmərgənin bölgədə Türkiyə ilə birlikdə hərəkət edərək prosesə daxil ola biləcəyini qeyd edib. Ağar, PKK-nın nəzarətində olan 600 kəndin “Fərat Qalxanı” və “Zeytun Budağı” hərəkatında olduğu kimi, addım-addım nəzarət edilməsinin mümkün olacağını deyib.Buynuzun iki ucu
Ağar, Qərbdə Afrin və Münbiçlə başlayan və şərqdə Qəndillə davam edən əməliyyatları bir buynuzun iki ucunun tutulması kimi səciyyələndirib. Ağar, belə davam edib: “PKK-nın Suriya və İraqda yaratdığı yeni təhdid, Türkiyəni belə bir hərbi hərəkata vadar etdi. Türkiyə şərqdə və qərbdə buynuzun başlarını tutur, məngənəyə alır. Bundan sonrakı prosesdə bu məngənənin içində Türkiyənin ortaya qoyacağı hərbi həmlələr və bu hərbi həmlələrlə birlikdə ortaya çıxacaq beynəlxalq münasibətlər və diplomatiya müharibələri baş verəcək”.
Müxalifət.az