Geert Vildersin liderlik etdiyi Hollandiyanın “Azadlıq” Partiyası böyük bir təxribata hazırlaşır.
Hər fürsətdə Müsəlman əleyhinə aksiyalar təşkil edən “Azadlıq” Partiyası, bu dəfə də Hollandiya Parlamentində Müsəlman Peyğəmbəri Həzrəti Məhəmmədi təsvir edən karikaturalar müsabiqəsi keçirəcək.Xatırladaq ki, daha əvvəl də Həzrəti Məhəmmədin karikaturalarının çəkilməsi böyük gərginliyə səbəb olmuşdu. 2015-ci ildə Fransanın “Çarli Hebdo” jurnalında nümayiş olunan karikaturalardan sonra terror hücumu həyata keçirilmiş və jurnalın 12 əməkdaşı həlak olmuşdu.
2005- də Danimarkada yayımlanan Həzrəti Məhəmmədin karikaturaları Müsəlman ölkələrində böyük etirazların baş verməsinə səbəb olmuşdu.
Keçmişdə yaşanan bu təcrübələrə baxmayaraq partiyadan bildiriblər ki, Hollandiyanın terrorla mübarizə agentliyinin müsabiqənin keçirilməsinə yaşıl işıq yandırdığı qeyd olunub.
Vilders və partiyası qaçqınlara və Müsəlmanlara qarşı son dərəcə aqressiv bir siyasəti ilə tanınır. Quran i Kərimin qadağan olunmasını tələb edən Vilders, İslamın da totalitar bir inanc olduğu fikrini müdafiə edir.
“Azadlıq” Partiyasının yaxın aylarda keçirəcəyi müsabiqənin münsiflər heyəti sədrinin Texasda keçirilən analoji yarışda birinci olan Amerikan karikaturaçı Bosch Favstinin olması gözlənilir.
Müxalifət.az