ABŞ Prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen İnın Sinqapurda keçirdikləri görüş və imzaladıqları anlaşma mənə 1980-ci illərin ortalarında Amerikanın keçmiş prezidenti Ronald Reyqanla SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun görüş və imzaladıqları anlaşmanı xatırladır.
Teleqraf.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu deyib.O qeyd edib ki, ABŞ və SSRİ də yola getmirdilər, dünyanı iki yerə – “bizimkilər” və “sizinkilər”ə bölmüşdülər:
“Vaşinqton o zaman da Moskvanın saqqızını oğurladı, başını tumarladı və böyük imperiyanı tarixin arxivinə göndərdi. Əlbəttə, Şimali Koreya lideri Vaşinqtona hələ təslim olmayıb, ancaq ilk təmas avtoritar üsullarla idarə edilən rejim üçün sonun başlanğıcı ola bilər. Amerikada bu məqsədlə yüzlərlə beyin mərkəzi işləyir. Elə Sinqapurdakı görüşün baş tutmasında və Kim Çen İnın hansı üsullarla yola gətirilməsində həmin beyin mərkəzlərinin payı az deyil. Onlar indi növbəti hədəflər üzərində işləyirlər”.