Tramp Məhəmməd Əlini ölümündən sonra əfv edə bilər

Tramp Məhəmməd Əlini ölümündən sonra əfv edə bilər backend

ABŞ prezidenti Donald Tramp bildirib ki, vəfat edən boks üzrə dünya çempionu Məhəmməd Əlinin əfv olunması imkanlarını nəzərdən keçirir.

Muxalifet.az xəbər verir ki, bununla bağlı The Independent məlumat yayıb.
1967-ci ildə Vyetnama göndərmək üçün ordu sıralarına çağırılan zaman Əli orduda xidmət etməkdən boyun qaçırıb. Ona ringə çıxmaq qadağan edilib. Qadağa 1971-ci ildə ABŞ Ali məhkəməsi tərəfindən ləğv edilib.

“Böyük səkkizlik” ölkələrinin sammitində iştirak üçün Kanadaya uçmazdan əvvəl Tramp deyib ki, Əlini işi ilə əlaqədar tövsiyyə hazırlayır. Onun sözlərinə görə, onda 3 min nəfərin adının olduğu əfv siyahısı var.

Əfsanəvi boksçu 2016-cı ildə 74 yaşında vəfat edib.
Diaspora