Bəşər Əsəd qüvvələri İsrailə atəş açarsa, onları yox edərik.
Axar.az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib.O, bu günə kimi ölkəsinin Suriyada müharibəyə müdaxilə etmədiyini bildirib:
“Əsəd bunu diqqətdə saxlamalıdır: Qorxunc daxili müharibələr olanda İsrail qarışmadı. İndi isə müharibə bitən ərəfədə İranı dəvət edir?Artıq toxunulmaz deyil. Atəş açılarsa, qüvvələrni məhv edəcəyik”.