İrana qarşı Ərəb və Qərb dövlətlərindən təşkil olunmuş hərbi ittifaq qurulacaq.
Axar.az xəbər verir ki, bu sözləri İsrail Kəşfiyyat naziri Yisrael Katz deyib.“Əgər İran ABŞ-ın istəklərini yerinə yetirməsə, İsrail Qərb və Ərəb ölkələrindən təşkil olunacaq bir hərbi ittifaq qurmaq üçün təşəbbüslərə başlayacaq”, - Katz bildirib.