NATO-dan Münbiç ANLAŞMASINA DƏSTƏK

NATO-dan Münbiç  ANLAŞMASINA DƏSTƏK backend

NATO baş katibi Jens Stoltenberq, "Türkiyə və ABŞ-ın Münbiçlə bağlı yol xəritəsində razılaşmasını məmnuniyyətlə qarşılayıram" - deyib.

ABŞ və Türkiyə xarici işlər nazirlərinin bir araya gələrək Münbiç mövzusunda razılaşmasına NATO-dan ilk münasibət bildirilib. NATO baş katibi Jens Stoltenberq, "Türkiyə və ABŞ-ın Münbiçlə bağlı yol xəritəsində razılaşmasını məmnuniyyətlə qarşılayıram" - deyib.

Brüsseldəki NATO qərargahında keçirilən mətbuat konfransında Stoltenberq, iki NATO müttəfiqi olan Türkiyə və ABŞ-ın Suriyanın şimalındakı çətin vəziyyətlə əlaqədar həll yolu tapma səylərinin NATO üçün də vacib olduğunu deyib.

TÜRKİYƏNİN NARAHATLIQLARI NƏZƏRƏ ALINMALIDIR


Stoltenberq, yol xəritəsinin detalları haqqında fikir bildirməsinin mümkün olmadığını və bunun iki NATO müttəfiqi tərəfindən müəyyən olunacağını qeyd edib.
Stoltenberq, terrorla mübarizə apararkən, Türkiyənin qanuni təhlükəsizlik qayğılarının da nəzərə alınmasının lazım olduğunu qeyd edib.
Diaspora