Kaçinskinin ölümünə səbəb olan qəzada şok yenilik

Kaçinskinin ölümünə səbəb olan qəzada şok yenilik backend

2010-cu ildə Smolensk yaxınlığında Polşa Prezidenti Lex Kaçinskinin də ölümünə səbəb olan təyyarə qəzasının araşdırılması məqsədilə yaradılan istintaq komissiyası təyyarənin qalıqları arasında partlayıcı izləri tapıldığını açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə Polşanın “Prasova” agentliyi yazıb.

Məlumata görə, faciənin qurbanlarından birinin cəsədində də partlayıcı maddə hissəciklərinə rast gəlinib.

Xatırladaq ki, Polşa tərəfi təyyarənin göyərtəsində baş verən partlayışların faciəyə səbəb ola biləcəyini açıqlamışdı.
Diaspora