İranın məqsədi İsraili yox edəcək nüvə silahına sahib olmaqdır.
Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.“2 gün əvvəl İranın ali dini lideri Əli Xamenei İsrail dövlətini yox etmək niyyətini açıqladı. Dünən isə o bunu necə edəcəyini dedi. Nüvə bombası cəbbəxanası yaratmaq üçün uranı zənginləşdirəcəklər. Heç təəccüblənmədik. İranın nüvə silahı əldə etməsinə izn verməyəcəyik” – deyə o bildirib.
Qeyd edək ki, İranın ali dini lideri Seyid Əli Xamanei uranın zənginləşdirilməsi potensialının artırılmasına başladığını bəyan etmişdi. İranın Atom Enerjisi Təşkilatının başçısı Əli Əkbər Salehi isə ölkəsinin nüvə fəaliyyətinin 2015-ci il sazişi çərçivəsində qalacağını açıqlamışdı.