Deputatdan qorxunc: Əhali aclıqdan pişik əti yeyəcək

Deputatdan qorxunc: Əhali aclıqdan pişik əti yeyəcək backend

Hazırda əyalət əhalisinin 75 faizi qida çatışmazlığından əziyyət çəkir.

Əyalət kəndlərində yaşayan insanların içməyə suyu, yeməyə çörəyi belə yoxdur. Onların məişət durumu çox ağırdır və təəssüf ki, buna fikir verən yoxdur.

Axar.az
xəbər verir ki, bu sözləri İran parlamentinin Zahidandan seçilmiş millət vəkili Əlim Yarməhəmmədi deyib. O bildirib ki, Sistan-Bəlucistan əyalətində kütləvi yoxsulluq və insanların düzgün qidalanmaması əhali arasında cürbəcür xəstəliklərin yayılmasına gətirib çıxarıb:

“Əyalətin mərkəzi sayılan Zahidan şəhərində 350 min nəfər içməli sudan məhrum olub. Durumun belə ağır olmasını, əhalinin qida çatışmazlığından əziyyət çəkməsini nəzərə alaraq, hesab edirəm ki, vəziyyət belə getsə, insanlar ölməmək üçün pişik və qarğa əti yeməyə məcbur olacaqlar”.

Millət vəkili hökuməti təcili tədbirlər görməyə çağırıb.
Diaspora