Deputatdan qalmaqallı sözlər: "Miqrant itlər yerli itlərin yerini alır"

Deputatdan qalmaqallı sözlər: "Miqrant itlər yerli itlərin yerini alır" backend

Avstryanın ifrat sağçı FPO partiyasının üzvü, Əyalət Məclisinin deputatı Gottfried Valdhausl ölkənin şimali-şərqindəki Melk şəhərində keçirilən tədbirdə məsləkdaşı Peter Huber ilə təhlükəsizlik siyasəti mövzusunda etdiyi diskussiya zamanı mübahisəyə səbəb olan ifadə işlədib.

Teleqraf.com xəbər verir ki, Gottfried Valdhausl partiyasının heyvan siyasətini dəstəkləyib. O, bildirib ki, partiyasının təhlükəsizlik və miqrant siyasəti təkcə qaçqın insanların deyil, heyvan miqrasiyasını da əhatə edir.

"Gəlmə itlər şəhərimizdə yerli heyvanların yerinə sahib çıxırlar", deyə o bildirib.

Avstrya Azadlıq Partiyası son illər miqrasiya siyasətinin sərtləşdirilməsi yönündə təkliflərlə çıxış edib.

Diaspora