Lukaşenko dünya üçün əsas təhdidi açıqladı

Lukaşenko dünya üçün əsas təhdidi açıqladı backend

“Böyük dövlətlərin maraqlarının toqquşması dünya üçün əsas təhdiddir”.

Publika.az BELTA agentliyinə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko sərhədçilərlə və onların ailələri ilə görüşdə deyib.

“Əsas təhdid böyük dövlətlərin maraqlarının toqquşmasıdır. Baxın, nələr baş verir? Əsas toqquşma Çin və ABŞ arasındadır. Çinlilər bir çox istiqamətlər üzrə liderliyi əldə edib, ABŞ isə dünyada liderliyi və inhisarçılığı itirmək istəmirlər. Rusiya və Qərb, Rusiya və ABŞ arasında maraqların toqquşması var. Hindistan və Çin arasında narazılıqlar, həmçinin Spratli adaları ilə bağlı Çin və Vyetnam arasında problemlər var”, - Belarus prezidenti bildirib.

Dövlət başçısı əlavə edib ki, Donbas və Suriya münaqişələri böyük dövlətlər arasında maraqların toqquşmasının nəticəsidir.
Diaspora