ABŞ-ın Baş Qərargahının sözçüsü general-leytenant Kennet F. Makkenzi, Çinin Cənubi Çin Dənizindəki adaları silahlandırmasına dair, “ABŞ ordusu Sakit Okeanın qərbindəki kiçik adaları məhv etmək məsələsində olduqca təcrübəlidir” – deyə, təhdid edib.
Makkenzi, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Dana Uayt ilə həftəlik mətbuat konfransında sualları cavablandırıb.YOX ETMƏKDƏ TƏCRÜBƏLİYİK
Bir jurnalistin, Çinin münaqişəli adaları silahlandırmasına qarşı ABŞ-ın bu adalara qarşı hərbi əməliyyat ehtimalında nə qədər uğurlu ola biləcəyi sualına Makkenzi, "ABŞ ordusu, Sakit Okeanın qərbindəki kiçik adaları məhv etmək məsələsində olduqca təcrübəlidir" deyib. Bu açıqlamanın, Çinə mesaj olub, olmadığı sualına isə Makkenzi, "II. Dünya Müharibəsində kiçik və izolə edilmiş adaları yox etməkdə böyük təcrübə aldığımız bir həqiqətdir. Ona görə də bu, ABŞ ordusunun daha əvvəl də etdiyi əsas bir özəlliyidir. Bunu tarixi bir həqiqət kimi oxumaq lazımdır" deyə, bildirib.
Müxalifət.az