Rusiya NATO ilə dialoq qurmağa hazırdır.
Muxalifət.az xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko deyib.“Tanqo üçün 2 nəfər lazımdır. Biz heç nəyə son qoymamışıq, dialoqa hazırıq. Ancaq NATO-nun bizim milli maraqlarımıza qarşı çıxış etdiyi yerdə biz həmin maraqları qoruyacağıq. Real vəziyyət bunu tələb edir”, - Qruşko bildirib.
Qruşkonun sözlərinə görə, alyans özünə yeni dünyada yer tapa bilməyib:
“NATO-nun tənzimləyə bilmədiyi Yaxın Şərqə baxaraq bunu anlamaq olar. Rusiya-NATO münasibətlərinin inkişafına alyansın köhnə problemləri mane olur”.
Xatırladaq ki, Rusiyanın XİN rəhbəri Sergey Lavrov da NATO ilə dialoqa hazır olduqlarını açıqlamışdı.