ABŞ F-35 ŞANTAJINA DAVAM EDİR

ABŞ F-35 ŞANTAJINA DAVAM EDİR backend

ABŞ Hərbi Hava Qüvvələrinin baş katibi Hazer Uilson, “Türkiyə F-35 ortağıdır, ancaq onların bu təyyarələri S-400-lərə yaxın bir yerdə saxlamasını istəmirik.

Türkiyə ilə danışıqlar davam edir və Türkiyə bu təyyarələri təhvil almadan bu problemin həll ediləcəyi məsələsində ümidliyəm” - deyib.

ABŞ Hava Qüvvələrinin baş katibi Hazer Uilson, Türkiyənin S-400 raketi almasının NATO ittifaqı üçün bir problem təşkil etmədiyini və ölkəsinin də Ankaranın Rus S-400 sistemi almasına dair məsələnin bir hissəsi olduğunu deyib.
Uilson, Vaşinqtondakı Atlantika Şurasının təşkil etdiyi “ABŞ İttifaqlarını Gücləndirmək" adlı paneldə çıxış edib.
Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemlərini almasına dair suala cavab verən Uilson, məsələ ilə bağlı operativ qayğılarının olduğunu və bunun Xarici İşlər ilə Müdafiə Nazirlikləri çərçivəsində Türkiyə ilə müzakirə edildiyini bildirib.
Uilson, bunları qeyd edib:
“Xüsusi ilə də inkişaf etmiş döyüş təyyarələrinin Türkiyədə yerləşəcəyi yerlə bağlı operativ problemlər var. Onlar NATO ittifaqı daxilindədirlər və eyni zamanda ABŞ təyyarələri var, F-35-lər kimi. Türkiyə F-35 ortağıdır, ancaq onların bu təyyarələri S-400-lərə yaxın bir yerdə saxlamasını istəmirik. Türkiyə ilə danışıqlar davam edir və Türkiyə bu təyyarələri təhvil almadan bu problemin həll ediləcəyi məsələsində ümidliyəm".

“ABŞ DA BURADA PROBLEMİN HİSSƏSİDİR"

“Türkiyənin S-400 alması NATO ittifaqı içərisində bir problem təşkil edərmi" sualına Uilson, bu cavabı verib:
“Xeyr, elə düşünmürəm. Bu problemləri birbaşa NATO alyansına bağlamıram. Hər zaman müttəfiqlərimizin NATO ilə birgə çalışacaq və təhdid təşkil etməyəcək avadanlıq almasını istəyirik. Bu vəziyyət başqa yerlərdə də var. Bəzən ABŞ da problemin bir parçası olur. Məsələn, insansız, məsafədən idarə olunan hava vasitələri almaq istəyən bəzi müttəfiqlərimiz var. İxrac məhdudiyyətlərinə görə, biz onlara satmırıq. Buna görə də onları Çin istehsalı olan insansız hava vasitələri və kəşfiyyat, müşahidə və kəşf vasitələrini almağa məcbur edən bir vəziyyətə salırıq. Bu problemlərə səbəb olur".
Hazer Uilson ABŞ-ın bu məsələdə müttəfiqlərinə köməkçi olacaq bir ortaq olması və onları avadanlıq tələblərini qarşılayacaq şəkildə ixrac məhdudiyyətlərini tənzimlənməsi lazım olduğunu qeyd edib.
ABŞ-da İsrailin bölgədəki hərbi üstünlüyünə zərər verəcək bir silah satışı məsələsində məhdudiyyət olduğundan dolayı bir çox Ərəb ölkəsi insansız hava vasitələrini Çindən alır.
Türkiyə də S-400 sistemlərini almasını, ABŞ-ın Patriot raketlərini verməməsi ilə əsaslandırır.

Müxalifət.az
Diaspora