Svitalski İrəvanı biabır etdi: Yetim ölkə...

Svitalski İrəvanı biabır etdi: Yetim ölkə... backend

Ermənistanda bundan əvvəl keçirilmiş seçkilər üçün nəzərdə tutulmuş maliyyə büdcəsinin 95 faizini Avropa İttifaqı təmin edib. Bu dəfəki seçkilərə də Avropadan yardım ayrılmışdı.

Teleqraf.com xəbər verir ki, bunu Avropa İttifaqının Ermənistan üzrə xüsusi nümayəndəsi Pyotr Svitalski deyib.

Avropalı diplomat Avropa İttifaqının ciddi maliyyə sıxıntısı içində olan Ermənistana maliyyə yardımı etməyə hazır olduğunu bildirib:

“Lakin Ermənistan öz gücünə ayaqda qalmağı, inkişaf etməyi bacarmalıdır. Biz həmişə pul verə bilərik, amma bunu öz potensialı hesabına etməlidir. Ümid edirəm ki, Ermənistan yetim ölkə olaraq qalmayacaq”.
Diaspora