Ermənistan Qarabağı işğaldan azad etməlidir - Bagiryan

Ermənistan Qarabağı işğaldan azad etməlidir - Bagiryan backend

Ermənistan gərək Azərbaycanın işğal edilmiş ərazilərini işğaldan azad etsin.

Axar.az xəbər verir ki, bunu “Vestnik Kavkaza” saytına açıqlamasında Ermənistan və Azərbaycan arasında Sülh Naminə Platformanın üzvü olan əslən bakılı erməni, polkovnik Eduard Bagiryan deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ konflikti nə ermənilərə, nə də azərbaycanlılara lazımdır:

“Bu konflikt yalnız Mixail Qorbaçova SSRİ-ni parçalamaq üçün lazım idi. Təəccüblü deyil ki, Ermənistana bir neçə dəfə etnik məsələlər üzrə mütəxəssis Qalina Starovoytova gəlib. Hər şey millətçi əhval-ruhiyyəni hansısa vasitə ilə alovlandıraraq konflikt situasiyası yaratmaq üçün edilirdi. SSRİ parçalananda Qarabağ artıq yuxarıdakılardan heç kimə lazım deyildi, amma müharibə maşını ətalət vəziyyətində çalışmağa davam edirdi.

Ermənilərin indi başlarında bu ətalət ucbatından fikir ayrlığı yaranır. Onlar belə düşünürlər ki, 30 il döyüşüb, bu qədər Azərbaycan rayonu ələ keçirmişik və indi hər şeyi buraxmalıyıqmı? Cavab odur ki, bəli, buraxmalayıq. Hətta Amerika müharibənin perspektivsiz olduğunu görəndə digər ölkələrdən getdi. O, Koreyadan, Vyetnamdan, İraqdan getdi. Ermənistan da həmçinin Azərbaycan ərazilərindən getməlidir. Ona görə ki, konfliktin onun xeyrinə həlli imkanları artıq yoxdur. Yeni müharibə yalnız yeni kədər, göz yaşı və qan gətirəcək, həll isə olmayacaq”.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti məqsədli şəkildə türk xalqlarına qarşı nifrət aşılayır:

“Azərbaycanda təhsil alanda bizə heç kim demirdi ki, ermənilər pisdir. Amma Ermənistan mətbuatında müsəlmanlara, azərbaycanlılar və türklərə qarşı çox böyük əhval-ruhiyyə var. Bu doğru deyil. Qonşular bizə Allah tərəfindən verilib və onlarla dost olmaq lazımdır. Qonşu ilə əlaqə qurmamaq olar, amma bu sənin üçün pis olacaq.

İndi bütün regional layihələr Azərbaycandan gedir. Ermənistan üçün isə bunların hamısı bağlıdır. Sərhədlərin bağlanması ucbatından Ermənistan öz məhsullarını Rusiyaya Azərbaycan yolları ilə apara bilmir. Nəticədə erməni logistikası çətin vəziyyətə düşür və bu, erməni məhsullarının dəyərinə təsir edir. Moskvada Ermənistandan çoxlu məhsul var, amma qonşularla problem ucbatından onların rəqabət qabiliyyəti çox aşağıdır. Əgər konflikt həll edilsəydi, bunlardan rahatlıqla qaçmaq mümkün olardı.

Ermənistan niyə milli üstünlük və Böyük Ermənistan ideyası yoluna daxil olub? Millətçilik bir anlıq onda bütün qonşularının pis olduğu, mədəniyyətlərinin olmadığı, ermənilərin Xəzərdən Aralıq dənizinə qədər böyük ərazilərə sahib olan millət olması hislərini yaşamasına gətirib çıxardı. Bu keçid gözəgörünməz formada oldu və nəticədə Ermənistanda nasizm yarandı”.

Bagiryan Qarabağ konfliktinin həllini necə gördüyünü də deyib:

“Məncə, Azərbaycan Dağlıq Qarabağı öz tərkibində muxtar respublika kimi tanımalıdır. Bununla bərabər həmçinin qaçqınların öz doğma ərazilərinə dönüşünə izn verilməli, heç bir erməni hərbi hissəsi burada qalmamalıdır. Ermənistan isə öz növbəsində Qarabağla mədəni əlaqələrini təmin etməli və Qarabağ ermənilərini dəstəkləməlidir. Bunun üçün isə İrəvan hər şeydən öncə Qarabağ ətrafındakı rayonları və Qarabağın özünü azad etməlidir”.
Diaspora