Çavuşoğlu MENBİÇ HAQDA NƏLƏR DEDİ?

Çavuşoğlu MENBİÇ HAQDA NƏLƏR DEDİ? backend

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən Almaniyanın Solingen şəhərindəki anma mərasimlərində iştirakdan sonra Türkiyəyə dönüşdə xarici siyasət gündəliyinə dair açıqlamalar verib.

Çavuşoğlu Düsseldorfdan Ankaraya gələrkən, təyyarədə onu müşayiət edən jurnalistlərin suallarını cavablandırıb. Bu kontekstdə Çavuşoğlu Suriyanın Menbiç şəhərində kök salan PKK/YPG terrorçularının çıxarılmasına da münasibət bildirib. Çavuşoğlu Menbiçlə bağlı bunları qeyd edib:
“ABŞ ilə Menbiç məsələsində konkret hadisələr var və konkret bir təqvimə bağlıdır. Konkret addım ondan ibarətdir ki, YPG buradan çıxarılacaq. YPG-nin yerinə idarəçilikdə və təhlükəsizlik qüvvələrində kimlər iştirak edəcək, bunu da Türkiyə və ABŞ birlikdə qərara alacaqlar. Yarısını sən, yarısını mən müəyyən edim, deyə bilərlər. Hazırlıq iclası və tətbiq mərhələsi var. Tətbiq mərhələsi elə də çox uzun deyil.

YPG-nin Menbiçdən çəkilməsinə də nəzarət edəcəyik. YPG çəkildikdən sonra təhlükəsizlik tədbirlərini biz görəcəyik, boşluq yaranmasın və başqa terror təşkilatları bura girməsin deyə. Burada meyar, bölgənin demoqrafik quruluşudur. 90 faizdən çox Ərəblər var orada.

Menbiç modelini uğurla tətbiq etdikdən sonra, Suriyanın şimalı da bütünlüklə sabitliyə qovuşandan sonra o bölgələrə bir model olacaq bu.
Başqa şəhərlərə də gedəcəyik. Raqqa, Kobani əhalisi əsasən Kürd isə hakimiyyətin də Kürdlərdə olması təbiidir. İş burasındadır ki, PKK Kürdləri də sürgünə göndərib. O, Kürdlərin geri qayıtması lazımdır.
Menbiçdəki bu addım Türkiyə ilə ABŞ arasındakı gərginliyi bir az da olsa azaldacaq və bundan sonra atılacaq bəzi addımların əsasını təşkil edəcək. Bu addım gələcək addımlar üçün də əhəmiyyətlidir.

Mənim aldığım təəssürat, ABŞ, Qəndil və PKK ilə əlaqəli olanları buradan çıxarmaq istəyir. YPG ilə Qəndil arasındakı bağı qoparmaq istəyir. YPG ayrılacaq və hara gedəcək? İŞİD kimi çöllərəmi gedəcək? Nə qədərindən silahı alıb, normal həyata qaytaracaqlar? Bu suallar əhəmiyyətlidir və bunların detalları mühümdür. Türk və Amerikan kəşfiyyatının rəsmiləri təfərrüatları müzakirə edirlər”.

Müxalifət.az

Diaspora