Avropa ABŞ Prezidenti Donald Trampın İrana qarşı sanksiyalarına dəstək verəcəyi halda nüvə proqramına davam edəcəyik.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu İranın ali dini lideri Ayətullah Əli Xameneyi deyib.O, Avropa dövlətlərini ABŞ-ın sanksiyalarına qarşı mübarizə aparmağa çağırıb: “Əgər avropalılar tələbləri yerinə yetirməyə tərəddüd etsələr, İran nüvə fəaliyyətini davam etdirmək haqqından istifadə edəcək.
İran artıq ABŞ-la heç bir təmasda olmayacaq. İranın beynəlxalq anlaşmalarını asanlıqla ləğv edən, bu müqavilədən imzasını geri götürən və bunu teatr tamaşası kimi dünyaya nümayiş etdirən hökumətlə heç bir əlaqəmiz ola bilməz”.