Erməni və kürd kartı ilə ŞOK PLAN - Türkiyədən bu bölgəni ayırmağa QƏRAR VERDİLƏR

Erməni və kürd kartı ilə ŞOK PLAN - Türkiyədən bu bölgəni ayırmağa QƏRAR VERDİLƏR backend

Mayın 14-də ABŞ-ın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi və 62 fələstinlinin İsrail hərbçiləri tərəfindən öldürülməsinə Ankaranın sərt reaksiya göstərməsi Türkiyə və İsrail arasında münasibətləri daha da gərginləşdirdi.

İsrail Türkiyənin sərt reaksiyasına cavab olaraq erməni və kürd kartlarından istifadə etməyə qərar verib.

Publika.az xəbər verir ki, mayın 23-də İsrail parlamenti (Knesset) 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınması məsələsinin geniş müzakirəyə çıxarmağı qərara aldı.

Təklifin müəllifi, sol təmayüllü "Mereç" partiyasının lideri Tamar Zandberqdir. Bildirilir ki, əvvəlki illərdə irəli sürülərək qarşısı alınan təşəbbüslərdən fərqli olaraq, qərar bu dəfə hökumət tərəfindən etirazla qarşılanmayıb. Maraqlıdır ki, qərar Knessetin 120 deputatından yalnız 16-nın iştirak etdiyi iclasda qəbul edildi. Qanun layihəsi ilə bağlı ümumi müzalkirənin tarixi hələlik təyin olunmayıb.
Türkiyə ilə münasibətlərin pozulduğu zamanlarda erməni kartından istifadə etməyə cəhd göstərən İsrail bununla kifayətlənmək niyyətində deyil.

İsraill parlamentinin ifrat sağçı millət vəkillərinin “kürd xalqının müstəqilliyinin tanındığı” (ölkənin cənubi-şərq bölgəsi nəzərdə tutulur –red.) bir başqa qanun layihəsinin qaralama mətni üzərində işə başladığı bildirilir. Türkiyənin “Habertürk” qəzetinin xəbərinə görə, Oded Forer qanun layihəsinin müəlliflərindəndir.
“Kürd xalqı illərdir çətinlik çəkir. Türkiyə hökumətinin və Rəcəb Tayyib Ərdoğanın son həftələr İsrailə qarşı sərgilədiyi davranış İsrail ilə Türkiyə arasındakı əlaqələrin yenidən nəzərdən keçirilməsini tələb edir. İsrail Türkiyədəki kürd bölgəsinin müstəqilliyini tanıyaraq bir katalizator vəzifəsini yerinə yetirməlidir”, - o deyib.
Təşəbbüslər Ankarada sərt reaksiya ilə qarşılanıb. “Habertürk”lə danışan mənbələr İsrailin odla oynadığını bildiriblər.
Diaspora