İsrail parlamenti qondarma erməni soyqırımının gündəliyə salınması barədə qərar qəbul edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fələstin siyasətinə qarşı atılmış bu addım, regionun böyük və aparıcı ölkəsinin bu formada şantaj edilməsi İsrailin əleyhinədir.Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədyllazadə deyib.
Politoloq İsrail parlamentinin Ərdoğana qarşı qərəzli olduğunu bildirib:
“İsrailin bu şantajı iki dövlət arasında keçilməz uçurum yarada bilər. Hesab edirəm ki, qondarma soyqırımın Knessetdə qəbul edilməsi gözlənilməsə də, nəzəri olaraq atılmış bu addım İsrail kimi xarici siyasətdə strateji xətlərini qoruyan bir dövlət üçün qəbul olunmayan siyasi gedişdir. Çünki Türkiyə - İsrail münasibətləri həmişə hər iki tərəf üçün prioritet olub. Lakin İsraildə Binyamin Netanyahunun, Türkiyədə Ərdoğanın hakimiyyətə gəlməsi iki ölkə arasında inamsızlıq mühitini gücləndirdi. Prinsipcə, bu iki ölkə arasında problem olmamaılıdır. Hazırda yaşanan problemlər ideloji səbəblərə görə meydana çıxıb.
Lakin İsrail və Türkiyə birgə əməkdaşlıq etmək yerinə, biri-birlərinə yönəlmiş düşmənçilik siyasəti aparırlar. Bu da regionun təhlükəsizliyini ciddi formada təhdid altında saxlayır. Qondarma soyqırımı məsləsi Türkiyə üçün “qırmızı xətt”dir, İsrailin bunu qəbul etməsi, vəziyyəti mürəkkəbləşdirəcək.
ABŞ-ın bu məslədə tutacağı mövqe isə müəmmalıdır. Çünki, Prezident Donald Tramp İsrailin müdafiəçisidir. Amma Vaşinqtondakı siyasi daiərələrin buna imkan verəcəkləri inandırıcı görünmür”.
Məhəmməd Əsədullazadə hesab edir ki, İsrailin qondarma erməni soyqrımını gündəliyə salması, bu ölkənin Azərbayacanla münasibətlərinə də mənfi təsir edə bilər: “Azərbaycan Türkiyə - İsrail gərginliyinə münasibətdə neytral mövqedə dayansa da, qondarma soyqırımı məsələsində Türkiyəni dəstəkləyəcək. İsrailin bu siyasəti Azərbaycanın əleyhinə olan addım kimi qiymətləndirilə bilər. Buna görə də hesab edirəm ki, İsrail hökuməti, xüsusilə, müdafizə naziri Aviqdor Liberman qondarma soyqırımın qəbul edilməsinin qarşısını almaq üçün öz siyasi nüfuzundan istifadə edəcək. Çünki Liberman Azərbaycanın dostudur, həmçinin Türkiyəyə qarşı münasibəti müsbətdir”.