Radikal sağçı partiya Flamand Çıkarının senatoru Anke Van dermeersch, Quranla bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəyini açıqlayıb.
Belçikanın keçmiş gözəllik kraliçası və vəkil Van dermeersch, bazar günləri yayımlanan “De Zondag” qəzetindəki müsahibəsində, Quranın Avropa İnsan Haqları Konvensiyasına (AİHS) zidd olduğunu irəli sürüb.Qurandakı ayələrdə "kafirlərin öldürülməsinin əmr edildiyini" iddia edən Van dermeersch, müqəddəs kitabda zorakılıq çağırışı olduğunu iddia edib.
QURAN, CƏMİYYƏTİMİZ ÜÇÜN TƏHLÜKƏ YARADIR
BBC-də yer alan xəbərə görə, Belçikalı senator, "Quranın yaratdığı təhlükə barədə cəmiyyəti xəbərdar etmək üçün AİHM-ə müraciət edəcəyəm" deyib.
Van dermeesch, Quranın qadağan olunmasını deyil, müqəddəs kitabın Avropa İnsan Hüquqları Konvensiyası (AİHS) baxımından nəzərdən keçirilməsini tələb edəcəyini deyib.
“İSLAMA QARŞI DEYİLƏM”
İslam dininə qarşı" düşkünlüyü" olmadığını deyən Anke Van dermeesch, Quranda "qadına qarşı ayrı-seçkilik, zorakılıq və təcavüzün müdafiə edildiyini" iddia edib.
MÜSƏLMAN QADINLARA DA QARIŞDI
Belçikalı senatora görə, Müsəlman qadınların böyük hissəsi sosial təzyiq üzündən hicab taxmaq məcburiyyətində qalır. Van dermeesch, bu səbəblə 18 yaşından kiçik qadınların hicab taxmasının qadağan olunmasını da istəyib.
Müxalifət.az