Mayın 22-də Avstraliyanın Rayd şəhər şurası Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu qurumun “müstəqilliyinə” dəstək verən qətnamə qəbul edib.
Moderator.az yazır ki, bu haqda separatçı erməni nəşrlərinə istinadla xəbər verir. Qətnamədə Avstraliya dövlətindən qondarma Dağlıq Qarabağ rejiminin müstəqilliyini tanınmasına və işğal altındakı torpaqlardakı ermənilərlə əlaqələri möhkəmləndirmək haqda açıq çağırış yer alıb.