İranın birinci vitse-prezidenti Vaşinqtonu hədələdi: Tehranla hörmətlə davran!

İranın birinci vitse-prezidenti Vaşinqtonu hədələdi: Tehranla hörmətlə davran! backend

Vaşinqton hədələrdən əl çəkməli və Tehranla hörmət çərçivəsində və arqumentlərlə danışıqlar aparmalıdır.

Qaziler.az-ın Trend-ə istinadən məlumatına görə, bunu “Twitter” səhifəsində İranın birinci vitse-prezidenti İshaq Cahangiri yazıb.

İ.Cahangirinin sözlərinə görə, ABŞ dövlət katibi Maykl Pompeo sanki 40 il əvvələ qayıdıb:

“İran milləti 1979-cu ildə inqilabı ona görə etmədi ki, ona kimsə əmr etsin. Tramp administrasiyası, eləcə də ondan sonra gələcəklər başa düşməlidir ki, İran Yaxın Şərqin nəhəng dövlətidir və bu ölkə ilə hörmət çərçivəsində və arqumentlərlə danışmaq lazımdır”.
Diaspora